
Barbi Vagina nədir?

Barbi vagina son illərdə qadınlar arasında populyarlıq qazanan intim estetik əməliyyatlardan biridir. Bu əməliyyat sayəsində qadınlar həm psixoloji, həm də fiziki rahatlıq əldə edə bilirlər. Peşəkar bir cərrah tərəfindən aparıldığında, nəticələr estetik baxımdan gözəl və funksional baxımdan uğurlu olur.
Barbi vagina əməliyyatı, vaginanın xarici görünüşündə səliqəli bir quruluş əldə etmək məqsədilə edilən cərrahi müdaxilədir. Əsas məqsəd, daxili dodaqların (labia minora) qısaldılması və xarici dodaqların (labia majora) daha dolğun və simmetrik görünməsini təmin etməkdir. Nəticədə, cinsiyyət bölgəsində yalnız xarici dodaqların və ortada incə bir xəttin görünməsi məqsəd qoyulur.
Barbi vagina əməliyyatı, əsasən cinsiyyət bölgəsinin görünüşündən narahat olan qadınlar tərəfindən seçilir. Bu narahatlıqlar, psixoloji və fiziki narahatlıqlara yol aça bilər. Xüsusilə daxili dodaqların böyük və ya sallanmış olması, bəzən cinsi problemlərə və özünə inamın azalmasına səbəb ola bilər. Bundan əlavə, dar geyimlər geyinərkən narahatlıq yaradan hallarda da bu prosedur üstünlük verilir. Barbi vagina əməliyyatı fərdi ehtiyaclara uyğun şəkildə planlaşdırılır. Xarici dodaqlara xüsusi işləmlərdən keçmiş yağ inyeksiyası və ya hialuron turşusu ilə dolğu tətbiq edilərək daha dolğun və nəmli bir görünüş yaradılır. Əməliyyat lokal və ya ümumi anesteziya altında aparılır. Qısa zamanda gündəlik həyatınıza geri dönə bilərsiniz.
Əgər siz də Barbi vagina əməliyyatı haqqında daha ətraflı məlumat almaq və öz ehtiyaclarınıza uyğun olub-olmadığını öyrənmək istəyirsinizsə, elə indi konsultasiyaya yazılın!
Qadın sağlamlığı burda başlayır!
Əlaqə:050-505-46-45.
Ünvan: Yəhya Bakuvi 48, Dr. İlahə Quliyeva Ginekoloji Estetik və Doğumsonrası Reabilitasiya Mərkəzi.