Ginestetik.Az
Ginekoloji Estetik & Doğumsonrası Reabilitasiya Mərkəzi
  • Ana səhifə
  • Haqqımızda
    • Biz kimik
    • Hədiyyə kartları
    • Tərəfdaşlar
    • Pasient rəyləri
    • Müraciət et
    • FAQ
    • Əlaqə
  • Xidmətlər
    • Doğum Sonrası Reabilitasiya Prosedurları
    • Genital Cavanlaşma Prosedurları
    • Genital Estetik Əməliyyatlar
    • Digər xidmətlər
    • Paketlər
  • Aksiyalar
  • Multimedia
    • Fotoqalereya
    • Video qalereya
    • Əvvəli və sonrası şəkilləri
  • Faydalı
    • Bloq
    • Cihazlar
AZ
  • AZ
  • RU
Xidmətlər
  • Ana səhifə
  • Xidmətlər

Aralığın bərpası (Perineoplastika)

Perineoplastika - aralıq toxumalarının və ona yaxın nahiyyələrin müxtəlif anomaliyalarının cərrahi yolla müalicəsinə deyilir. Bu növ cərrahi müdaxilənin əsas məqsədi – aralığı və uşaqlıq yolunu təbii fizioloji vəziyyətə qaytarmaqdır (bərpa etmək); çapıq toxumasının və xarici cinsiyyət orqanlarının deformasiyalarını aradan qaldırmaqdır.

Perineoplastikaya tibbi göstərişlər:

 

Aralığın doğuşdan və ya digər struktur deformasiyalardan sonra bərpası;

 

Kiçik çanaq əzələlərinin zəifləməsi;

 

Cinsi əlaqə zamanı diskomfort və s.

 

Cərrahi müdaxilə ilə sadalanan problemləri uğurla aradan qaldırmaq olur.


Əməliyyat zamanı uşaqlıq yolunun və onun dəliyinin (girəcəyinin) formasının korreksiyası tətbiq olunur və uşaqlıq yolunun normal anatomik strukturu bərpa olunur. Çanaq dibinin əzələləri tikilir. Perineoplastika zamanı doğuş zamanı yaranmış çapıq toxuması kəsilib çıxardılır.


Perineoplastika doğuş zamanı genişlənmiş uşaqlıq yolunu bərpa edərək qadınların cinsi həyatında tam cinsi məmnuniyyəti almaq fürsətini geri qaytara bilir.  Aralığın düzgün anatomik quruluşunu bərpa edərək , siz cinsi həyatdan maximum həzz ala biləcəksiniz.


Perineoplastikanı ağır doğuşlar keçirtmiş , əsasən 25-55 yaşlı xanımlara edilir.  Lakin bu əməliyyata əks göstəriş olacaq yaş həddi yoxdur. Klimaks zamanı aralığın toxumaları elastikliyini itirə bilər və arzuolumaz dəyişikliklərə uğraya bilər. Hissiyyat və cinsi həyatın keyfiyyəti itir. Diskomfort  və narahatlıq yaradan bu dəyişiklikləri aradan qaldırmaq olur.


Müxtəlif səbəblərdən yaranan aralığın deformasiyası, nəinki narahatlıq yaradır, həmçinin iltihabi proseslərin inkişafına səbəb ola bilər. Bu halda da perineoplastika tövsiyyə olunur. Bundan əlavə bu əməliyyat fizioloji xüsusiyyətlərinə görə, uşaqlığın prolapsı (sallanması) riski olan xəstələrə tövsiyyə olunur. Aralığın plastik əməliyyatı bu ciddi problemin tamamilə aradan qaldırılmasına kömək olur.


Həmçinin, perineoplastika funksional-estetik əməliyyat növüdür. O, kompleks şəklində icra olunan intim plastikanın bir hissəsi kimi tətbiq oluna bilər (məsələn, kiçik və böyük cinsiyyət dodaqlarının plastik əməliyyatlarıyla birlikdə). Xarici cinsiyyət orqanlarının deformasiyalarının və qeyri-estetik görünüşünün aradan qaldırılması qadına özünəgüvən hissini yaşadır.


Yuxarıda sadalanan problemləri aradan qaldırmaq üşün tətbiq olunacaq perineoplastika əməliyyatına həkim ümumi müayinələrin nəticələrinə əsasən qərar verir.

Əməliyyata əks-göstərişlər:

 

Xroniki xəstəliklərin ağırlaşmaları;

 

Əməliyyat olunacaq nahiyyədə iltihabi proses;

 

Ağır formalı ekstragenital ginekoloji xəstəliklər və s.;

 

Əməliyyat həm epidural həmdə ümumi anesteziya altında icra oluna bilər (müdaxilənin səviyyəsindən asılı olaraq). Əməliyyatın müddəti adətən, 25-40 dəq təşkil edir, cərrahi müdaxilənin həcmindən asılı olaraq. Toxumaların tikilməsi üçün sorulan saplardan istifadə olunur, bu da tikişlərin elastikliyini təmin edir.

Əməliyyatdan sonra


Bir qayda olaraq, əməliyyatdan sonra pasient 1 gün ərzində xəstəxanada qalır. Tibb işçilərinin ciddi nəzarəti altında olur, buna görə də hər cür ağırlaşmaların riski minimuma endirilir. Tam sağalma 14-21 gün ərzində baş verir. Bu zaman aşağıdakılara riayət etmək lazımdır:

 

Fiziki fəaliyyətdən uzaq durmaq;

 

Cinsi əlaqədən uzaq olmaq;

 

Pəhriz saxlamaq (duru və ya yarı-duru qida qəbul etmək, qəbzliyin qarşısını almaq üçün);

 

İsti vanna qəbulu qadağandır;

 

Əməliyyatdan sonra həkimin intim gigiyenaya aid tövsiyyələrinə də riayət etmək lazımdır. Bu, yarana biləcək ağırlaşmaların qarşısını almaq üçündür.

Perineoplastika sizə intim nahiyənin estetik cazibəsini qaytaracaq!

Biz sizə zəng edək

Bu xidmətimizdən yararlanmaq istəyirsinizsə nömrənizi daxil edin

Geri

ENDİRİM

Doğumsonrasi Reabilitasiya
PLATİNİUM

2000 ₼ 2160 ₼

  • Femilift 1 seans

  • Tesla chair 8 seans

  • FMS Tesla Abdo 8 seans

  • Hamiləlik çatları Mini LightScan Femilift (qarin nahiyyə) 1 seans

  • Melisa (qarin nahiyye) 8 seans

  • PRP

Ətraflı
ENDİRİM

Doğumsonrasi Reabilitasiya
GOLD

1000 ₼ 1190 ₼

  • Femilift 1 seans

  • Tesla chair 6seans

  • FMS TESLA Abdo 6 Seans

Ətraflı
ENDİRİM

Doğumsonrası Reabilitasiya
PREMİUM

500 ₼ 620 ₼

  • Femilift 1 seans

  • Tesla chair 3 seans

Ətraflı

İntim qulluq
PLATİNİUM

3000 ₼

  • Femilift 3 seans

  • Femitight 3 seans

  • Lightscan 3 seans

  • Tesla 6 seans

  • PRP 3 seans

Ətraflı
Doğum Sonrası Reabilitasiya Prosedurları
Ətraflı
Genital Cavanlaşma Prosedurları
Ətraflı
Genital Estetik Əməliyyatlar
Ətraflı
Frc.az
Ginekoloji Estetik & Doğumsonrası Reabilitasiya Mərkəzi

Saytdakı məlumatdan istifadə edərkən Ginestetik.az saytına istinad zəruridir.

Haqqımızda
  • Biz kimik
  • Hədiyyə kartları
  • Tərəfdaşlar
  • Pasient rəyləri
  • Müraciət et
  • FAQ
  • Əlaqə
Xidmətlər
  • Doğum Sonrası Reabilitasiya Prosedurları
  • Genital Cavanlaşma Prosedurları
  • Genital Estetik Əməliyyatlar
  • Digər xidmətlər
  • Paketlər
Multimedia
  • Fotoqalereya
  • Video qalereya
  • Əvvəli və sonrası şəkilləri
Faydalı
  • Bloq
  • Cihazlar
Əlaqə
  • 050 505-46-45
  • Hər Gün: 09:00 – 18:00
  • Yəhya Bakuvi 48
© 2025 Ginestetik.Az
Bütün hüquqlar qorunur.
Ana səhifə
Paketlər
Müraciət et
Aksiyalar
Əlaqə

Təşəkkür edirik!

Müraciətiniz qeydə alındı, sizə xidmət göstərməkdən qürur duyuruq