Ginestetik.Az
Ginekoloji Estetik & Doğumsonrası Reabilitasiya Mərkəzi
  • Ana səhifə
  • Haqqımızda
    • Biz kimik
    • Hədiyyə kartları
    • Tərəfdaşlar
    • Pasient rəyləri
    • Müraciət et
    • FAQ
    • Əlaqə
  • Xidmətlər
    • Doğum Sonrası Reabilitasiya Prosedurları
    • Genital Cavanlaşma Prosedurları
    • Genital Estetik Əməliyyatlar
    • Digər xidmətlər
    • Paketlər
  • Aksiyalar
  • Multimedia
    • Fotoqalereya
    • Video qalereya
    • Əvvəli və sonrası şəkilləri
  • Faydalı
    • Bloq
    • Cihazlar
AZ
  • AZ
  • RU
Xidmətlər
  • Ana səhifə
  • Xidmətlər

Hudoplastika

Hudoplastika, qadın cinsiyyət orqanında klitorun ətrafında yerləşən dəri qıvrımının (hood) düzəldilməsi məqsədilə həyata keçirilən cərrahi müdaxiləyə verilən addır.

Əməliyyata göstərişlər:

 

Orqanın dərində yerləşməsi;

 

Həddindən artıq inkişaf etmiş klitoral başlıq, klitoral başlığı örtən və onu hissiyatsız edən aralığın selikli qişasının qatları; 

 

Klitorun ölçüsü çox böyük deyil. Onun başlığı toxumaların üzərindən 5 mm hündürlüydə çıxır. Hətta, selikli qişanın qatlarının az miqdarda artması klitorun stimulyasiyasına mane ola bilər;

 

Aralığın toxumalarının zədələnməsindən sonra yaranan çapıqlar və toxumaların kobud şəkildə deformasiyası (həmçinin bu xarici cinsiyyət orqanlarının uğursuz plastik əməliyyatı nəticəsində baş verə bilər);

 

Əks göstərişlər


İntim plastika-planlaşdırılmış əməliyyat növüdür. Hazırlıq mərhələsində olan xəstə cərrahi müdaxilə üçün əks göstərişləri  müəyyən etmək məqsədiylə  bir sıra müayinələrdən keçir. 


Əks göstərişlərə aşağıdakılar aiddir:

 

Hamiləlik və laktasiya dövrü;

 

Qan laxtalanmasının pozulması;

 

Onkoloji xəstəliklər;

 

Autoimmun xəstəliklər;

 

Cinsi yolla keçən xəstəliklər;

 

Menstruasiya dövrü;

 

Kəskin infeksion xəstəliklər;

 

Yüksək bədən temperaturu;

 

Göründüyü kimi əks göstərişlərin çoxsu müvəqqətidir, və tezliklə (siz sağalandan sonra) əməliyyat oluna bilərsiniz. Cərrahlar tərəfindən müxtəlif növ klitor və cinsiyyət dodaqlarının əməliyyatları icra olunur.

 

Bütün növlər şərti olaraq iki qrupa bölünür:


Klitorun plastikası;

 

Birlikdə icra olunan əməliyyatlar. Klitorla bərabər digər orqanların plastikası: (cinsiyyət dodaqlarının, vaginanın, qızlıq pərdəsinin və s.).

 

Əməliyyatın xüsusiyyətləri


Əməliyyatın həcmi böyük deyil, lakin, bütün manipulyasiyaların icrası ginekoloqdan zərgər dəqiqliyi tələb edir. Toxumaların həddindən artıq götürülməsi (klitorun üstünün açıq qalmasına səbəb olur) gündəlik həyat tərzində xanımlara diskomfort hissi yaşada bilər.

Əməliyyatın mərhələləri

 

Anesteziya: klitorun plastikası üçün yerli anesteziya kifayət edir, əgər əməliyat kombinləşmiş şəkildə icra olunursa (aralığın digər əməliyyatları ilə birlikdə) ümumi anesteziyaya ehtiyac yarana bilər;

 

Klitorun və ətraf toxumaların plastikası. Əməliyyat olunan nahiyəyə sovrulan nazik saplarla tikiş qoyulur;

 

Hemostaz, əməliyyatın qiymətləndirilməsi, pasiyentin narkozdan oyandırılması (ümumi anesteziya istifadə olunduğu halda).

 

Əməliyyat 40 dəqiqə ərzində icra olunur.

Bərpa dövrü


Əməliyyatdan sonra iki həftə ərzində aralıq nahiyyəsi xüsusi qulluq tələb edir. İsti prosedurlar arzu olunmazdır (vanna qəbulu, saunaya getmək və aşağı hissəyə isti kompreslər etmək olmaz). Diskomfortu və ödemi aradan qaldırmaq üçün soyuq kompreslərə icazə verilir. Cinsi əlaqəyə əməliyyatdan 1,5 ay sonra icazə verilir (lakin, həkimin icazəsiylə, sağalma baş veribsə, daha tez olar).

Biz sizə zəng edək

Bu xidmətimizdən yararlanmaq istəyirsinizsə nömrənizi daxil edin

Geri

ENDİRİM

Doğumsonrasi Reabilitasiya
PLATİNİUM

2000 ₼ 2160 ₼

  • Femilift 1 seans

  • Tesla chair 8 seans

  • FMS Tesla Abdo 8 seans

  • Hamiləlik çatları Mini LightScan Femilift (qarin nahiyyə) 1 seans

  • Melisa (qarin nahiyye) 8 seans

  • PRP

Ətraflı
ENDİRİM

Doğumsonrasi Reabilitasiya
GOLD

1000 ₼ 1190 ₼

  • Femilift 1 seans

  • Tesla chair 6seans

  • FMS TESLA Abdo 6 Seans

Ətraflı
ENDİRİM

Doğumsonrası Reabilitasiya
PREMİUM

500 ₼ 620 ₼

  • Femilift 1 seans

  • Tesla chair 3 seans

Ətraflı

İntim qulluq
PLATİNİUM

3000 ₼

  • Femilift 3 seans

  • Femitight 3 seans

  • Lightscan 3 seans

  • Tesla 6 seans

  • PRP 3 seans

Ətraflı
Doğum Sonrası Reabilitasiya Prosedurları
Ətraflı
Genital Cavanlaşma Prosedurları
Ətraflı
Genital Estetik Əməliyyatlar
Ətraflı
Frc.az
Ginekoloji Estetik & Doğumsonrası Reabilitasiya Mərkəzi

Saytdakı məlumatdan istifadə edərkən Ginestetik.az saytına istinad zəruridir.

Haqqımızda
  • Biz kimik
  • Hədiyyə kartları
  • Tərəfdaşlar
  • Pasient rəyləri
  • Müraciət et
  • FAQ
  • Əlaqə
Xidmətlər
  • Doğum Sonrası Reabilitasiya Prosedurları
  • Genital Cavanlaşma Prosedurları
  • Genital Estetik Əməliyyatlar
  • Digər xidmətlər
  • Paketlər
Multimedia
  • Fotoqalereya
  • Video qalereya
  • Əvvəli və sonrası şəkilləri
Faydalı
  • Bloq
  • Cihazlar
Əlaqə
  • 050 505-46-45
  • Hər Gün: 09:00 – 18:00
  • Yəhya Bakuvi 48
© 2025 Ginestetik.Az
Bütün hüquqlar qorunur.
Ana səhifə
Paketlər
Müraciət et
Aksiyalar
Əlaqə

Təşəkkür edirik!

Müraciətiniz qeydə alındı, sizə xidmət göstərməkdən qürur duyuruq