Ginestetik.Az
Ginekoloji Estetik & Doğumsonrası Reabilitasiya Mərkəzi
  • Ana səhifə
  • Haqqımızda
    • Biz kimik
    • Hədiyyə kartları
    • Tərəfdaşlar
    • Pasient rəyləri
    • Müraciət et
    • FAQ
    • Əlaqə
  • Xidmətlər
    • Doğum Sonrası Reabilitasiya Prosedurları
    • Genital Cavanlaşma Prosedurları
    • Genital Estetik Əməliyyatlar
    • Digər xidmətlər
    • Paketlər
  • Aksiyalar
  • Multimedia
    • Fotoqalereya
    • Video qalereya
    • Əvvəli və sonrası şəkilləri
  • Faydalı
    • Bloq
    • Cihazlar
AZ
  • AZ
  • RU
Xidmətlər
  • Ana səhifə
  • Xidmətlər

Vaginoplastika

Vaginoplastika – cərrahi yolla vaginanın (uşaqlıq yolunun) həcmini kiçiltmək, elastikliyini və estetik görünüşünü bərpa etmək üçün icra olunan plastik əməliyyat növüdür. Yaş ötdükcə xanımlar oxşar problemlərlə üzləşirlər-cinsiyyət orqanının dərisi tündləşir, onun sağlam görünüşü isə pisləşir. Uşaqlıq yolunun vəziyyətinə hormonal sistemin pozulması və doğuş təsir göstərir. Bu kosmetik defektləri aradan qaldırmaq üçün müasir üsullardan istifadə olunur.

Əməliyyata göstərişlər

⦁    Doğuş zamanı yaranan travmalar (uşaqlıq yolunun divarlarının dartılması, cırılması və deşilməsi);
⦁    Uşaqlığın anadangəlmə qüsurları;
⦁    Yaşla bağlı dəyişikliklər (uşaqlığın sallanması, əzələ tonusunun azalması).

Əməliyyata hazırlıq

Əməliyyatdan öncə Ginekoloq Cərrah tərəfindən ginekoloji baxış keçirilir və əməliyyatın növü təyin edilir. Sonra aşağıda qeyd olunan analizlər verilir:

⦁    Yaxmanın analizi;
⦁    Qanın analizləri (ümumi, biokimyəvi, infeksiyalar və hepatitlər);
⦁    Sidiyin analizi;
⦁    Döş qəfəsinin rentgeni;
⦁    Kardioqramma;

Bütün bu prosedurlar əks göstərişləri aşkar etmək üçün aparılır.

⦁    Əməliyyat günü yemək və su içmək olmaz.

Əməliyyatın tarixi aybaşı siklinə əsasən hesablanır, ən optimal günlər menstruasiya sonrası günlər hesab edilir.

Əks göstərişlər

⦁    İnfeksiya;
⦁    İltihablaşma;
⦁    Qanın laxtalanmasının pozulması;
⦁    Xroniki xəstəliklərin kəskin fazası;
⦁    Xərçəng xəstəliyi;
⦁    Anti koaqulyantların istifadəsi;
⦁    Çapıqların əmələ gəlməsinə meyillilik;
⦁    Nevroloji xəstəliklər;
⦁    Ürək - damar xəstəliklər.

Əməliyyatın icrası

Uşaqlıq yolunun plastikasının 2 növü mövcuddur:

⦁    Pasientin toxumalarından istifadə (uşaqlıq yolunun ön divarının bərpası, girişinin daraldılması, çanaq diafraqmasının möhkəmləndirilməsi);
⦁    İmplantlardan istifadə (uşaqlıq yolunun divarlarının xüsusi torla fiksasiyası (sallanma və düşmə zamanı), hansı ki, maksimal üzunmüddətli nəticə verir.

Prosedur ümumi narkoz altında ortalama 1-2 saat davam edir. Sonda həkim tikişlər qoyur və pasienti stasionara yönləndirir.

Əməliyyatın mümkün olacaq ağırlaşmaları:

⦁    Şişkinliklər. 2 aydan sonra tamamilə keçir;
⦁    Dartılma tipli yüngül ağrılar. Normada 2-3 həftəyədək davam edir;
⦁    Göyərmələr. Böyüyüb, güclü ağrılara səbəb olursa, mütləq həkimə müraciət edilməlidir;

Vaginoplastikadan sonra tez sağalmaq üçün həkim məsləhətlərinə riayət edilməlidir:

⦁    Əməliyyatın ilk həftəsində tikişlər xüsusi antiseptiklərlə silinməlidir.
⦁    15 gün ərzində oturmaq qadağandır;
⦁    İdman 2 ay qadağandır;
⦁    1 il ərzində 5 kg-dan artıq çəki qaldırmaq olmaz.
⦁    2 ay ərzində pəhriz saxlanılmalıdır (köp yaradan qidalardan uzaq durmaq lazımdır);
⦁    Vaginal kontaktlardan 2 ay ərzində imtina edilməlidir.

Biz sizə zəng edək

Bu xidmətimizdən yararlanmaq istəyirsinizsə nömrənizi daxil edin

Geri

ENDİRİM

Doğumsonrasi Reabilitasiya
PLATİNİUM

2000 ₼ 2160 ₼

  • Femilift 1 seans

  • Tesla chair 8 seans

  • FMS Tesla Abdo 8 seans

  • Hamiləlik çatları Mini LightScan Femilift (qarin nahiyyə) 1 seans

  • Melisa (qarin nahiyye) 8 seans

  • PRP

Ətraflı
ENDİRİM

Doğumsonrasi Reabilitasiya
GOLD

1000 ₼ 1190 ₼

  • Femilift 1 seans

  • Tesla chair 6seans

  • FMS TESLA Abdo 6 Seans

Ətraflı
ENDİRİM

Doğumsonrası Reabilitasiya
PREMİUM

500 ₼ 620 ₼

  • Femilift 1 seans

  • Tesla chair 3 seans

Ətraflı

İntim qulluq
PLATİNİUM

3000 ₼

  • Femilift 3 seans

  • Femitight 3 seans

  • Lightscan 3 seans

  • Tesla 6 seans

  • PRP 3 seans

Ətraflı
Doğum Sonrası Reabilitasiya Prosedurları
Ətraflı
Genital Cavanlaşma Prosedurları
Ətraflı
Genital Estetik Əməliyyatlar
Ətraflı
Frc.az
Ginekoloji Estetik & Doğumsonrası Reabilitasiya Mərkəzi

Saytdakı məlumatdan istifadə edərkən Ginestetik.az saytına istinad zəruridir.

Haqqımızda
  • Biz kimik
  • Hədiyyə kartları
  • Tərəfdaşlar
  • Pasient rəyləri
  • Müraciət et
  • FAQ
  • Əlaqə
Xidmətlər
  • Doğum Sonrası Reabilitasiya Prosedurları
  • Genital Cavanlaşma Prosedurları
  • Genital Estetik Əməliyyatlar
  • Digər xidmətlər
  • Paketlər
Multimedia
  • Fotoqalereya
  • Video qalereya
  • Əvvəli və sonrası şəkilləri
Faydalı
  • Bloq
  • Cihazlar
Əlaqə
  • 050 505-46-45
  • Hər Gün: 09:00 – 18:00
  • Yəhya Bakuvi 48
© 2025 Ginestetik.Az
Bütün hüquqlar qorunur.
Ana səhifə
Paketlər
Müraciət et
Aksiyalar
Əlaqə

Təşəkkür edirik!

Müraciətiniz qeydə alındı, sizə xidmət göstərməkdən qürur duyuruq