
HPV peyvəndi kimlərə edilir?

HPV (human papilloma virusu) uşaqlıq boynu xərçənginə və genital ziyillərə (kondiloma) səbəb ola bilən virusdur. Dünyada ən çox yayılmış cinsi yolla keçən xəstəlikdir. HPV-nin simptomları əsasən asimptomatikdir, yəni heç bir simptom göstərmir. HPV-nin genital növləri cinsi yolla ötürülür və genital bölgədə simptomlara səbəb ola bilər. Bu simptomlara aşağıdakılar daxildir:
Genital ziyillər: HPV-nin ən çox görülən simptomu olan ziyillər tez-tez kiçik, ət kimi qabarıqlar kimi görünür. Qadın HPV simptomları arasında ziyillər vulva, vajina və uşaqlıq boynunda ola bilər. Adətən ağrısızdır,lakin qaşınma və ya narahatlıq verə bilər.
Servikal hüceyrə dəyişiklikləri: Yüksək riskli HPV növləri serviksdəki hüceyrələrdə dəyişikliklərə səbəb ola bilər. Bu dəyişikliklər Pap Smear Testi zamanı və ya uşaqlıq boynu biopsiyası nəticəsində aşkar edilə bilər.
Anus bölgəsindəki ziyillər: Bu ziyillər adətən anus ətrafındavə ya düz bağırsağın içərisində olur. Ziyillər kiçik və ya böyük ola bilər.
HPV-nin digər növləri fərqli bölgələrə təsir edə bilər və fərqli simptomlar göstərə bilər. Məsələn, bəzi HPV növləri ağızda, boğazda və ya dildə ziyillərə səbəb ola bilər. HPV-yə məruz qalan və ya yoluxmuş şəxs heç bir simptom göstərməsə belə, virusu başqalarına ötürə bilər. Buna görə də, HPV infeksiyalarından qorunmaq üçün mütəmadi olaraq tibbi müayinələrdən keçmək vacibdir. Xüsusilə HPV-u neqativ olan hər kəsin peyvənd olması mütləqdir!
HPV peyvəndi qız uşaqlarına və ya qadınlara virusa yoluxmadan öncə vurulduqda uşaqlıq boynu xərçəngi olma riskindən qoruyur. CDC-nin (Xəstəliklərə Nəzarət və Mühafizə Mərkəzləri) qeydlərinə əsasən, 11-12 yaşlı oğlan və qız uşaqları HPV vaksininin ilk dozası ilə peyvənd edilməlidir. Peyvənd 9 yaşından sonra edilməlidir. HPV peyvəndlənməsi Dr. İlahə Quliyeva Ginekoloji Estetik və Doğumsonrası Reabilitasiya Mərkəzində icra olunur.
Qadın sağlamlığı burda başlayır. Sağlam olun. Sağlamlığınızın qeydinə qalın!.
Əlaqə:(050)505-46-45
Ünvan: Yəhya Bakuvi 48, Dr. İlahə Quliyeva Ginekoloji Estetik və Doğumsonrası Reabilitasiya Mərkəzi.